+994 70 4498007
info@azeriran.az

Related Posts

    Sorry, no posts matched your criteria.

9:00 - 18:00 B.E - Cümə
+994 12 4408007 +994 12 4498007
info@azeriran.az klinika@azeriran.az
  • az
  • en
  • ru

Haqqımızda

Dəyərlərimiz

Tibbin bütün sahələri üzrə cərrahiyyə istiqamətini əsas götürən və beynəlxalq səviyyədə xidmət göstərən klinikamız əhalinin orta və yüksək gəlirli təbəqəsinin (orta, ortanın üstü və yüksəyin altı) müraciət edə biləcəyi, ixtisaslı həkim və tibbi personalı ilə xəstə və xəstə yaxınlarının keyfiyyətli səhiyyə xidmətinə və müştəri məmnuniyyəti anlayışına güvənə biləcəkləri müəssisə olmaqla qürur duyur.

Ürək qapaq xəstəlikləri anadangəlmə və qazanılmış ola bilər. Ölkəmizdə qazanılmış qapaq xəstəliyi ən çox uşaq vaxtı keçirdilmiş (daha çox 5-15 yaş) revmatizmlə əlaqədar meydana çıxır. Əgər xəstəlik dərmanlarla müalicə olunmursa, onda cərrahi müalicəyə başlanılır.

Travmatologiya və ortopediya kliniki təbabətin ən aktual sahələrindən biri olub, sümük-əzələ sistemi, vətər, bağ, oynaq onurğa sütunu fəqərələrinin xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi ilə məşğul olur.

Nevrologiya tibbin sinir sistemi xəstəlikləri ilə məşğul bir sahəsidir. Nevrologiya mərkəzi və periferik sinir sisteminin bütün kateqoriyaları, xəstəlikləri ( onun alt bölümləri, avtonom sinir sistemi və somatik sinir sistem); onun qişaları, qan damarları və bütün toxumaları da daxil olmaqla məşğuldur.

Arteriyaların şuntlanması toxumaların qanla təchizatının pozulması ilə müşayiət olunan damar xəstəliklərində aparılır (ateroskleroz). Şuntlama əməliyyatı damarların zədələnmiş nahiyədən aşağı digər bir damarla əlaqənin yaradılmasıdır. Nəticədə zədələnmiş damarda qan dövranı bərpa edilir. Flebektomiya, seqmentar varikektomiya və s. kimi əməliyyatlar venaların varikoz genişlənməsi zamanı aparılır.

heyvan və insan bədəninin bir hissəsidir, baş və gövdə arasında yer alır. Məməlilərdə; sternum, torakal vertebralar ve qabırğalar ilə çevrilən bədən nahiyyəsidir. Boyundan diafraqmaya qədər uzanır. Ürək və ağciyər torasik nahiyyədəyerləşir. Torakal nahiyyədə yerləşən bu daxili organlar, sternum və döş qəfəsi tərəfindən qorunur.

Ümumi Cərrahiyyə, bədəndə sistemik və yerli fəsadların cərrahi üsullarla müalicəsi ilə bir yerdə, ümumi (yara yaxşılaşması, yaralanmaya metabolik və endokrin cavabı kimi) məsələləri əhatə edən və onların inkişafı baxımından bir çox cərrahi və əsas tibb sahəsinə birbaşa təsir etmiş bir texniki intizamdır.

Sorry, no posts matched your criteria.